katalitik reaksiya

ру каталитическая реакция en catalytical reaction de katalytische Reaktion fr réaction catalytique es reacción catalítica it reazione catalitica
Kasseqrein konsentratoru
katalizator, agent-katalizator
OBASTAN VİKİ
Reaksiya
Etiraz — nisbi olaraq bir hadisəyə və vəziyyətə qarşı əks istiqamətdə reaksiya göstərməkdir. Ümumiyyətlə bu reaksiya göstərmə forması, müxalif görüşü sözlə ifadə etmə yanında o görüşü toplumsallaştırma və bir qrupla birlikdə ifadə etmə xarakteri də daşıya bilər. Bundakı məqsəd ictimaiyyət nəzdində səsini daha çox duyurabilmek və rəhbərliyə qarşı daha təsirli bir duruş sergileyebilmektir. Bu, birbaşa ifadə və təsir etmənin və aktivizmi bir yoludur.
Katalitik krekinq
Katalitik kreking- neft fraksiyalarının, yüksək oktan ədədli benzin, yüngül qazoyl və doymamış yağlı qazlar almaq üçün, katalitik termiki emalıdır. == Ümumi məlumat == Katalitik kreking- neftin dərin emalını təmin edən əsas proseslərdən biridir. Katalitik krekingin sənayeyə tətbiqi (20-ci əsrin 30-cu illərində ABŞ-da) (E. Qudri, 1936 il) uzunmüddətli istismara malik olan alümosilikat əsasında katalizatorların yaranmasına təsir göstərdi. Bu prosesin əsas müsbət cəhəti- onun böyük istismar çevikliyinə malik olmasıdır: propilen, izobutan və butilenlə zəngin olan yüksək oktan ədədli benzin və qazın alınması ilə neftin müxtəlif fraksiyalarının emalının mümkünlüyüdür: diqər proseslərlə əvəz olunmasının asanlığı, məs.: alkilləşmə, hidrokreking, hidrotəmızləmə, deasfaltlaşma və s. Neftin emalında krekingin belə universal olmağı onun neft emalında böyük əhəmiyyət kəsb etdiyini göstərir. == Xammal == Hal-hazirda katalitik kreking üçün xammal vakuum qazoyludur –qaynama temperaturu 350–500 °C olan birbaşa qovulan fraksiya. Qaynamanın sonu xammalın tərkibində metalın qalması və kokslaşması ilə (0,3%-dən artiq olmamalıdır) təyin olunur. Fraksiya, kükürdlü birləşmələri yox etmək və kokslaşmanı azaltmaq üçün əvvəldən hidrotəmizləməyə uğrayır. Bəzi (UOP, İFP) kimi kompaniyalarda ağır fraksiyaların katalitik krekinqi üçün bir sıra işlənib-hazırlanmış proseslər var –məs. Mazutun(6–8% kokslaşmaya qədər).
Katalitik riforminq
Katalitik riforminq - katalizator iştirakı ilə birbaşa distillə yolu ilə alınmış benzinin tərkibində alkanların izomerləşməsi, naftenlərin dehidrogenləşməsi, arenlərin dealkilləşməsi, alkanların və naftenlərin aromatikləşdirilməsi prosesidir.katalitik rifominq C7 C10 karbohidrogenlərin aşaği oktan ədədi ilə aromatiklərə malik olan izo parafinlər çevrilməsi prosesidir. Bu prosesi aparmaqda əsas məqsəd aşağı oktanlı benzin fraksiyalarından yüksəkoktanlı komponentler istehsal etməkdir. İlk distillə benzinlərindən başqa xammal kimi kokslaşma, termiki krekinq ve hidrokrekinq proseslərindən alınan benzin fraksiyalarından da xammal kimi istifadə etmək olar. Bütün bu fraksiyaların neftə görə çıxar faizi bir o qədər də yüksək deyil. Ona görə də riforminq qurğularının məhsuldarlığı katalitik krekinqə nisbətən az olur. Riforminq prosesləri üçün katalizatorların seçilməsi onda gedən reaksiyaların mexanizminə əsasən aparılır. İstifadə olunan katalizatorun təbiətinə uyğun olaraq riforminq proseslərinin aşağıdakı növləri fərqləndirilir: - platforminq (katalizator platindir); - reniforminq (katalizator reniumdur); - molibden katazlizator üzərində riforminq. Sonuncu riforminq prosesi geniş istifadə olunmur. Çünki, molibden katalizaotrları zəif katalitik aktivliyə malikdirlər. == İstinadlar == Dərslik: "KİMYA" 11-ci sinif, Bakı, "Aspoliqraf", 2014.
Kimyəvi reaksiya
Kimyəvi reaksiya — maddənin tərkib və xassələrinin dəyişməsi ilə baş verən hadisəyə Edvin teoremi deyilir. Kimyəvi reaksiyalar həmişə fiziki hadisələrlə müşayət olunur. Fiziki hadisə zamanı maddənin tərkibi dəyişmir, yalnız forması, həcmi və aqreqat halı dəyişir. Kimyəvi reaksiyaları aşağıdakı xarici əlamətlərə görə müəyyən etmək olur: İstiliyin ayrılması və ya udulması; İşığın ayrılması; Rəngin dəyişməsi; Çöküntünün əmələ gəlməsi və ya itməsi; Qaz halında maddənin ayrılması; İyin çıxması. Kimyəvi reaksiyaların baş verməsi üçün reaksiyaya daxil olan maddələr bir-biri ilə təmasda olmalı və əksər hallarda qızdırılmalıdır. Bərk maddələrin xırdalanması və qarışdırılması reaksiyanın başlanmasına kömək edir və reaksiyanı sürətləndirir. Kimyəvi reaksiyanın gedişinin əmsallar və formullar vasitəsilə şərti yazılışına kimyəvi tənlik deyilir. Kimyəvi tənliklər tərtib edilərkən maddə kütləsinin saxlanması və maddə tərkibinin sabitliyi qanunlarından istifadə edilir. Hər tənlik ox işarəsi ilə birləşmiş iki hissədən ibarətdir. Sol tərəfdə reaksiyaya girən maddələrin, sağ tərəfdə isə reaksiya nəticəsində alınan maddələrin formulları yazılır: 2H2 + O2 → 2H2O == Kimyəvi reaksiyaların sürəti == Kimyəvi reaksiya haqqında əsas məlumatları əldə etmək üçün onun sürətini bilmək vacibdir.
Zəncirvari reaksiya
Zəncirvari reaksiya – hər birində əvvəlki addımın məhsulu kimi zərrəcik yaranan, ayrı-ayrı reaksiyalar ardıcıllığıdır. Zəncirvari reaksiyaya misal kimi ağır elementlərin nüvələrinin parçalanmasını göstərmək olar. Burada parçalanma aktlarının sayı əvvəlki mərhələdə nüvənin parçalanmasından yaranan neytronlarla şərtlənir. Zəncirvari reaksiyalar, istifadə olunmamış əlaqəyə malik zərrəcik rolunu sərbəst atomlar və ya radikallar oynayan kimyəvi reaksiyalar arasında geniş yayılmışdır. Zəncivari reaksiyanın mexanizmi nüvə parçalanmasında kulon səddi olmayan və udan zaman nüvəni həyacanlandıran neytronlar tərəfindən təmin olunur. Meydana gələn hər yeni zərrəcik növbəti, bir-birinin ardınca gələn reaksiyanı yaradır. Reaksiya daşıyıcı zərrəcik itirildikdə dayanır. İtkinin iki səbəbi olur: zərrəcik yenisini yaratmadan udulur və ya zərrəcik aktiv mühiti tərk edir. Əgər hər bir reaksiya aktında bir daşıyıcı zərrəcik yaranarsa, onda zəncirvari reaksiya şaxələnməmiş olur. Şaxələnməmiş zəncirvari reaksiyada çox enerji ayrıla bilmir.
Reaksiya (dəqiqləşdirmə)
Reaksiya — nisbi olaraq bir hadisəyə və vəziyyətə qarşı əks istiqamətdə reaksiya göstərməkdir. Reaksiya və ya Reaksiyalar həmçinin bu mənaları da ifadə edə bilər: Reaksiyalar — iki və ya daha çox maddənin bir-biri ilə qarşılıqlı təsiri nəticəsində xassələrini itirərək yeni xassələrə malik maddələrin əmələ gəlməsidir.